Valeh Qaraşovun bu şirkətlərlə iş birliyi….
gundem / bolge
Oxunub: 133
21 ноя 2025 | 10:00


Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən hidrotexniki qurğuların cari təmiri üçün materialların satın alınması üzrə 16.09.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “ENERVIA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 95.880,9 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 13.11.2025-ci ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu “ENERVIA” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət satınalmalarında ilkidir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ENERVIA” (VÖEN: 1309582181) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.08.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI, YASAMAL RAYONU, Ə.SALAMZADƏ,ev.121, m.34, qanuni təmsilçisi kimi isə Rüstəmova Aidə Elim qızı olduğu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “ENERVIA” MMC 28.08.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin kotirovka sorğusunu 16.09.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi satınalma prosuduru başlamazdan cəmi 18 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamağı planlaşdırır.

Bəs qanun necə buna yol verirmi? “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:

“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;

Göründüyü kimi Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin Satınalma Komissiyası “ENERVIA” MMC-nin uyğunluq göstəricilərinə göz yummuş, kotirovka elanından 18 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamağa üstünlük vermişdir. Bəs İdarənin 95 min manat dəyərində kotirovkanı həvalə etdiyi Aidə Rüstəmova kimdir və bu sifarişi yerinə yetirmək üçün yetərincə maddi-texniki bazası varmı?

Qeyd edək ki, bizə verilən məlumatlara görə “ENERVIA” MMC Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi ilə əvvəllər də iş görmüş şəxslərdən birinə məxsusdur. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi 06.12.2024-cü ildə 2-ci yarımil üçün hidrotexniki qurğuların cari təmiri üçün materialların satın alınması üzrə “KM SERVİCES” MMC ilə 66.704,81 manat dəyərində müqavilə bağlamışdır. Daha əvvəlki satınalmalarla bağlı məlumat yoxdu.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir. İdarənin balansındakı kollektorlar vasitəsilə 173 min hektardan artıq suvarılan sahəyə xidmət göstərilir. İdarənin rəisi Valeh Qaraşovdur. O, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır. Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadənin ən sadiq kadrlarındadır. 2017-ci ildən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinə rəhbərlik edir. Daha əvvəllər isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin, Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi olub.Aktualinfo.net
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA