Məktəbdə KÜTLƏVİ zəhərlənmə – Uşaqları “dadlı” təhlükədən NECƏ qoruyaq?
hadise
Oxunub: 37
19 фев 2026 | 09:58


Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub. Hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb. Belə ki, dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bu hadisə məktəb bufetləri mövzusunu təzədən gündəmə gətirir.

Bəs orta məktəblərin ərzaq təchizatı ilə bağlı hansı məqamlara xüsusi diqqət yetirilməlidir? Qida keyfiyyətinə nəzarətə görə məsuliyyət kimin üzərindədir? Yoxsa ən yaxşısı valideynin məktəb üçün övladının çantasına yemək qoymasıdır?

Qeyd edək ki, məktəb bufetləri də digər iaşə obyektləri kimi qanunvericiliyin tələblərinə tabedir. Azərbaycanda qida təhlükəsizliyi məsələləri “Qida təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. Həmin qanuna görə, qida məhsullarının istehsalı, saxlanması və satışı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Məktəbdə fəaliyyət göstərən bufetlər də qida biznesi subyekti sayılır və müvafiq standartlara cavab verməlidir.

Eyni zamanda, “Təhsil haqqında” Qanunda şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almaq hüququ təsbit olunub. Bu isə o deməkdir ki, məktəbdə qidalanma məsələsi təkcə sahibkarın deyil, həm də təhsil müəssisəsinin və dövlət qurumlarının məsuliyyət sahəsinə daxildir.

Qida keyfiyyətinə nəzarəti əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Agentlik planlı və plandankənar yoxlamalar aparır, qida nümunələri götürərək laborator analiz edir. Qayda pozuntusu aşkarlanarsa, cərimə və hətta obyektin fəaliyyətinin dayandırılması kimi tədbirlər görülə bilər...

Digər tərəfdən, məktəb rəhbərliyi də məsuliyyət daşıyır. Bufetin kimə icarəyə verilməsi, hansı məhsulların satılması və gigiyenik şəraitin təmin olunması məktəb daxilində nəzarət tələb edir. Məhsulların yararlılıq müddəti, saxlanma temperaturu, işçilərin tibbi müayinədən keçməsi kimi məsələlər daim diqqətdə saxlanmalıdır.

Xüsusilə aşağı sinif şagirdləri risk qrupuna daxildir. Onların immun sistemi daha həssas olduğu üçün keyfiyyətsiz və ya düzgün saxlanmayan qidalar tez bir zamanda zəhərlənməyə səbəb ola bilər. Buna görə məktəblərdə qazlı içkilər, açıq və mənşəyi məlum olmayan məhsulların satışı məhdudlaşdırılmalı, sağlam qidalanma prinsiplərinə üstünlük verilməlidir...

Belə hadisələr göstərir ki, problem təkcə bir məktəblə məhdudlaşmır. Qida təchizat zəncirindən başlayaraq nəzarət mexanizminə qədər bütün mərhələlərdə şəffaflıq və məsuliyyət vacibdir. Məktəblərdə qida təhlükəsizliyi məsələsi inzibati yox, ictimai sağlamlıq məsələsidir və burada həm dövlət qurumlarının, həm məktəb rəhbərliyinin, həm də ictimai nəzarətin rolu böyükdür.

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a illər öncə məktəb bufetləri üçün standartlar qəbul olunduğunu xatırladıb:

“Məktəb bufetlərində hansı qidaların satılmasına icazə verilmir, bunlar da məlumdur. Lakin bir qayda olaraq, həmin bufetlərdə müşahidələr göstərir ki, ayrı-ayrı fiziki şəxslərə kirayəyə verilib. Məktəb direktoru də gələn gəlirin şərikinə çevrilib. Belə şəraitdə məktəb bufetlərində arzuolunmaz qidalar da mövcuddur.

Bu barədə bizim rayon təşkilatlarından məlumatlar gəlir. Təəssüf ki, məktəb bufetlərində vəziyyət düzəlməyib. Bu sahədə ciddi iş getməlidir. Buna valideyn komitələri nəzarət etməlidir. Eləcə də bufetlərdə “satılmasına icazə yoxdur” bir lövhə məktəb bufetlərində divara vurulub asılmalıdır. Valideyn komitələri də bunu edə bilər. Məktəb bufetlərinin təhlükəli qidalarla təchizatına son qoyulmalıdır. Şübhəsiz ki, bu cür qidaların da zəhərlənmələri olar. Valideynlər özləri də övladlarına qida qoysalar, yaxşı olar”.
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA