278 saylı bağçada SANİTARİYA BƏRBAD VƏZİYYƏTDƏ – Ağgül Nəsirova hara baxır?
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 278 saylı körpələr evi–uşaq bağçasının ərazisindən yayılan görüntülər ciddi narahatlıq doğurur. Valideynlərin iddialarına görə, bağçanın həyəti və ətrafı uzun müddətdir baxımsız vəziyyətdə qalıb, sanitariya qaydalarına əməl olunmur, uşaqlar isə antisanitar mühitdə vaxt keçirməyə məcbur edilirlər. Ən acınacaqlı məqam isə odur ki, söhbət azyaşlı uşaqların təhsil və tərbiyə aldığı müəssisədən gedir.
Yayılan fotolarda bağçanın giriş və keçid hissələrinin baxımsız, ot basmış, natəmiz və təhlükəli vəziyyətdə olduğu açıq görünür. Paslanmış dəmir parçaları, köhnə borular, sınıq və yararsız örtüklər ərazidə qalaqlanıb. Uşaqların hərəkət etdiyi yerlərdə təhlükə mənbəyi olan metal hissələrin olması isə ciddi suallar yaradır. Belə bir ərazidə azyaşlı uşaqların təhlükəsizliyindən necə danışmaq olar?
Valideynlər bildirirlər ki, bağçanın daxilində də vəziyyət ürəkaçan deyil. İddialara görə, otaqlarda tarakanlar müşahidə olunur, gigiyenik vəziyyət normalara uyğun deyil və bəzi otaqlarda uzun müddətdir lazımi dezinfeksiya işləri aparılmır. Uşaqların sağlamlığı üçün təhlükə yaradan bu hallar valideynlərin ciddi narazılığına səbəb olub. Körpələrin təmiz və sağlam mühitdə böyüməsi əvəzinə, onların antisanitar şəraitdə saxlanılması qəbulolunmaz hesab edilir.
Maraqlıdır, 278 saylı bağçanın müdiri Ağgül Nəsirova bütün bunları görmürmü? Bağçanın həyətində və keçidlərində yaranmış bu vəziyyət niyə vaxtında aradan qaldırılmır? Aidiyyəti qurumlar niyə bu görüntülərə reaksiya vermir? Əgər söhbət uşaqlardan gedirsə, burada səhlənkarlığa və laqeydliyə yer olmamalıdır.
Bağçanın ətrafındakı alaq otlarının təmizlənməməsi, köhnə və paslı boruların açıq şəkildə qalması həm sanitariya, həm də təhlükəsizlik baxımından ciddi problem yaradır. Yay mövsümündə belə yerlər həşərat və müxtəlif zərərvericilərin çoxalması üçün əlverişli mühitə çevrilir. Bu isə uşaqların sağlamlığı üçün əlavə risk deməkdir.
Valideynlər bildirirlər ki, onlar dəfələrlə vəziyyətlə bağlı narazılıqlarını çatdırmağa çalışsalar da, problem hələ də həllini tapmayıb. İnsanlar haqlı olaraq sual edir: dövlətin uşaqlara göstərdiyi diqqət və qayğı fonunda bir bağçanın bu vəziyyətə düşməsinə necə yol verilə bilər? Axı məktəbəqədər təhsil müəssisələri uşaqlar üçün ən təmiz, təhlükəsiz və nümunəvi yerlərdən biri olmalıdır.
Qeyd etmək lazımdır ki, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin yenilənməsi, uşaqların daha rahat və təhlükəsiz şəraitdə təhsil alması istiqamətində mühüm işlər görülür. Bir çox bağçalar əsaslı təmir olunur, müasir standartlara uyğunlaşdırılır. Lakin bəzi müəssisələrdə məsuliyyətsizlik və nəzarətsizlik səbəbindən belə mənzərələrin ortaya çıxması görülən işlərə kölgə salır.
Ümid edilir ki, Sabunçu rayonu üzrə aidiyyəti qurumlar və məsul şəxslər məsələyə operativ reaksiya verəcək, 278 saylı bağçada yaranmış antisanitar vəziyyət araşdırılacaq və qısa müddətdə aradan qaldırılacaq. Çünki uşaqlar hər cür diqqət və qayğının ən yüksək səviyyəsinə layiqdirlər.
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?



