"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
sosial
Oxunub: 19
19 июн 2026 | 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"


"Altı illik fasilədən sonra, Müstəqillik Günü ərəfəsində Bakı–Tbilisi–Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır.
2020-ci ildən başlayaraq əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi. Verilən qərarın xarici ticarətə, ailə əlaqələrinə, turizmə və müntəzəm hava nəqliyyatından istifadə edə bilməyən vətəndaşlara müəyyən sosial və humanitar çətinliklər yaratdığını da etiraf etməliyik.

Lakin inkar edilməz faktdır ki, Vətən müharibəsi zamanı sərhədlərimizin təhlükəsizliyi Qələbənin görünməyən müdafiə xəttinə çevrildi. İşğaldan azad edilən 500 kilometrdən artıq dövlət sərhədinə nəzarətin bərpası Xankəndidə suverenliyin tam təmin olunmasına aparan yolun mühüm mərhələsi oldu. Azərbaycan arxa cəbhədən xarici müdaxilə, qeyri-qanuni silah, texnika və canlı qüvvə daşınması imkanlarını minimuma endirdi".

aia.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
Deputat daha sonra qeyd edib: "Bağlı sərhəd həmin dövrdə təhlükəsizliyin zərurəti idisə, indi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir.
Unutmamalıyıq ki, qərar Rusiya–Ukrayna müharibəsinin və Yaxın Şərqdə hərbi gərginliyin hələ də səngimədiyi bir vaxtda qəbul olunur.

Açılım yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşmır, daha geniş regional inteqrasiyanın mühüm həlqəsidir.

Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Alican–Marqara sərhəd məntəqəsindən keçərək İrəvana getdi, Cevdet Yılmaz Paşinyanla Ani körpüsünün birgə bərpasına dair razılaşma sənədi imzaladı. Lakin qardaş ölkənin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində Azərbaycan–Ermənistan sülh müqaviləsi imzalanandan sonra qərar verəcəyinə heç bir şübhə ola bilməz.

Bəzi dairələr Dilicanı gündəmə gətirir, İğdır və Qars regionlarının biznes çevrələrinin maraqlarını qabardırlar. Lakin iki dövlətin siyasi mövqeyini lokal maraq qrupları deyil, sayı 100 milyona yaxınlaşan xalqlarımızın birgə iradəsi və Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın strateji liderliyi müəyyən edir.

Yaxın illərdə, bəlkə də daha tez, Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan isə Türkiyəyə getmək mümkün olacaq.

Ermənistanla ixrac və tranzit imkanlarının genişlənməsi həmin ölkənin ənənəvi iqtisadi asılılıq coğrafiyasını dəyişdirəcək, sülhdən fayda götürən qüvvələrin sayını artıracaq.
Zəngəzur istiqamətində və İranla tarixi dəmir yolu əlaqələrinin bərpası perspektivi göstərir ki, Cənubi Qafqaz heç vaxt indiki qədər davamlı sülhə, iqtisadi bağlılığa və kommunikasiya bütövlüyünə yaxın olmayıb. Əsrlər boyu müharibələr, işğallar və blokadalarla parçalanan region yenidən birləşmək imkanı qazanır.

İnanırıq ki, sərnişin qatarlarının keçdiyi yollar sabah avtomobillərin, insanların, ticarətin və qarşılıqlı etimadın sərhədlərdən sərbəst keçəcəyi günü yaxınlaşdırır.
Qələbənin ən böyük mükafatı yeni müharibələr yox, təhlükəsizlik, əməkdaşlıq və əbədi sülhdür".
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər