Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
sosial
Oxunub: 18
20 июн 2026 | 09:00
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...


Azərbaycanda uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunması istiqamətində atılan yeni qanunvericilik addımları cəmiyyətdə rəğbətlə qarşılanır. “İnzibati Xətalar Məcəlləsi”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara edilən dəyişikliklər sosial şəbəkə platformalarının fəaliyyətinə dair yeni hüquqi çərçivə formalaşdırmaqla yanaşı, uşaqların fiziki və psixoloji təhlükəsizliyinin daha sistemli şəkildə təmin olunmasını hədəfləyir.

Layihənin əsas fəlsəfəsi qadağa deyil, qoruyucu yanaşmadır və burada məqsəd uşaqların sosial şəbəkələrdə nəzarətsiz və riskli mühitdən uzaq tutulmasıdır.

Rəsmi statistikalar isə vəziyyətin ciddiliyini daha aydın göstərir. Məktəb yaşlı uşaqların böyük əksəriyyəti artıq sosial şəbəkələrdən istifadə edir və onların əhəmiyyətli hissəsi gündə saatlarla bu platformalarda vaxt keçirir. Bu fon isə dövlətin müdaxiləsini zəruri edən əsas amillərdən biridir.

Ümumilikdə, yeni qanunvericilik təşəbbüsü dövlətin uşaq siyasətində ardıcıl və sistemli yanaşmanın davamıdır. Məqsəd rəqəmsal inkişafı məhdudlaşdırmaq deyil, onun yaratdığı riskləri minimuma endirərək uşaqlar üçün daha sağlam, təhlükəsiz və nəzarətli mühit formalaşdırmaqdır.

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-da məsələyə bu cür şərh verdi: "Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi rəqəmsal mühitdə şəxsi həyatın və uşaqların təhlükəsizliyinin təmin edilməsini dövlətlərin hüquq siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Sosial şəbəkələr təhsil, ünsiyyət və informasiya əldə etmək baxımından geniş imkanlar yaratsa da, kibertəhdidlər, kiberzorakılıq, zərərli məzmun, şəxsi məlumatların qanunsuz emalı, psixoloji asılılıq və manipulyativ təsirlər kimi ciddi risklər də meydana çıxarıb.

Rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsinin zəruriliyi Uşaq hüquqları haqqında BMT Konvensiyanın tələblərindən irəli gəlir. BMT Uşaq Hüquqları Komitəsinin Həmin Konvensiyaya dair 2021-ci ildə qəbul etdiyi Ümumi Şərh rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunmasını dövlətlərin birbaşa öhdəliyi kimi müəyyən edir, sosial media platformalarının fəaliyyətinin tənzimlənməsi, yaşa uyğun müdafiə mexanizmlərinin yaradılması və şəxsi məlumatların qorunmasının təmin edilməsi dövlətlərə tövsiyə olunur. Buna görə də son illərdə dünyanın müxtəlif ölkələrində müasir rəqəmsal mühitdə şəxsi həyatın təhlükəsizliyinin təmin olunmasına və uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş normativ -hüquqi tənzimləmələr həyata keçirilir. Azərbaycan Respublikasında da bu istiqamətdə yeni qanunvericilik dəyişiklikləri hazırlanmış və müzakirə olunub. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən dövlət uşaqların hüquqlarını qorumağa borcludur. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə müvafiq qurumlara uşaqların sosial şəbəkələrdə qeydiyyatı zamanı yaş məhdudiyyətlərinin tətbiqi, rəqəmsal savadlılığın artırılması və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi tapşırılıb. Bu Sərəncamda nəzərdə tutulanların həyata keçirilmə mexanizminin hüquqi əsasları “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə, edilən son dəyişikliklər ilə müəyyən olunur.

Dəyişikliklərin əsas məzmununu sosial platformalardan istifadə üçün yaş məhdudiyyətlərinin tətbiqi, sosial şəbəkə platformalarının hüquqi öhdəliklərinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, müəyyən olunmuş tələblərin pozulmasına görə inzibati məsuliyyət mexanizminin müəyyən olunması təşkil edir. Mahiyyət etibarı ilə bu dəyişikliklərin əsas məqsədi uşaqlar üçün sosial şəbəkə platformalarından istifadənin yeni qaydaların müəyyənləşdirilməsi, bu kontekstdə uşaqların fiziki və psixoloji sağlamlığının müdafiəsinin gücləndirməsi üçün zəruri qanunvericilik bazasının yaradılmasıdır.

Bu dəyişikliklər rəqəmsal mühitdə uşaqların müdafiəsinin gücləndirilməsi, onların yaşına uyğun olmayan məzmunlardan, kibertəhdidlərdən, bulinqdən, psixoloji təzyiqlərdən, zərərli vərdişlərə və hətta intihara sövq edən çağırışlardan qorunması məqsədi daşıyan hüquqi mexanizmin zəruri tərkib hissəsi kimi nəzərdə tutulur. Belə ki, sürətlə inkişaf edən rəqəmsal texnologiyalar və sosial media platformalarının həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların təhlükəsizliyi, sağlam inkişafı və milli-mənəvi dəyərlər əsasında formalaşması xüsusi diqqət tələb edir.

Bu baxımdan uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması istiqamətində edilən qanunvericilik dəyişiklikləri dövlətin rəqəmsal təhlükəsizlik siyasətinin tərkib hissəsi olmaqla dövlətin uşaq hüquqlarının müdafiəsi siyasətinin davamı kimi qiymətləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəlmiş yeni qanunvericilik dəyişiklikləri ölkəmizin həm beynəlxalq-hüquqi öhdəliklərinə, həm də müvafiq sahədə xarici ölkələrin qanunvericilik təcrübəsinə uyğundur. Bu sahədə Azərbaycanın seçdiyi nizamlama modeli bir çox cəhətdən Avropa İttifaqı, Böyük Britaniya və Avstraliyada tətbiq etdiyi müasir hüquqi mexanizmlərlə ümumi oxşarlıqlara malikdir.

Ümumilikdə, bu dəyişikliklər Azərbaycanın rəqəmsal təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı və beynəlxalq təcrübəyə uyğun olaraq uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilə bilər".
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər