Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır - VİDEO
gundem / bolge / video
Oxunub: 514 220
2 апр 2021 | 15:05
Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır - VİDEO


Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə vəzifə başında əyləşən yerli İcra başçıları, məsuliyyətsiz məsul orqanların fəaliyyəti deyil, fəaliyyətsizliyi barəsində hər gün media gündəmində məlumatlar dərc olunur. Prezident İlham Əliyevin göstərişinə əsasən islahatlar keçirildi. Çoxları yalnız işdən azad edilməklə deyil, həbs cəzası ilə də cəzalandırıldılar.
Lakin, çox təəsüflər olsun digər məmurlar bu qədər görülən tədbirlər, kəsilən cəzalardan heç bir nümunə götürmək istəmirlər.
Görünür hələ də onlar "vəzifə borcu" deyərkən, düz gözlərinin önündə olan, hər baxanda "dərindən nəfəs alıb, özlərini xoşbəxt hiss etdikləri" seyfə yığdıqları məbləği başa düşürlər. Hansı ki, idarəçiliklərində olan ərazinin sakinlərinə xidmət etmək, onların problemləri ilə maraqlanıb, həll etmələri üçün Prezident tərəfindən o vəzifəyə təyin olunduqlarını ya dərk etmirlər, ya da toxunulmaz hesab etdikləri vəzifəyə arxalanıb, kimsədən qorxmadan, Prezidentin tapşırıqlarına, əmrlərinə qeyri-ciddi yanaşırlar.
Dogruxeber.az olaraq mövzunu bu qədər aqressiv açmamıza səbəb redaksiyamıza hər gün gələn vətəndaş ərizələri, vətəndaş şikayətləridir ki, izləyicilərimiz də bu həqiqətin hər zamankı şahidləridir.
Vəzifəyə təyin olunan kimi bütün varlığı ilə "taxt-tacına hopub" "şah"ı olduqları məmləkətin əhalisini görməmək üçün onlarla "aralarına pərdə çəkən" İcra Hakimiyyəti başçılarından biri də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
Demək olar ki, hər gün bir rayonun sakini öz rayonunda rastlaşdığı problemin işıqlandırılması üçün müraciət edir, eyni zamanda hər gün bununla bərabər başqa-başqa Mingəçevir sakinləri tərəfindən də şəhər İcra Hakimiyyətindən, İlham İsmayılovdan gileyli müraciətlər redaksiyamıza daxil olur.



Şikayətlərin əsasını isə dağılmış yollar, qəza vəziyyətində olan yaşayış binaları, evsiz qalan şəhid ailələri, torpağının sənədini ala bilməyən Qarabağ veteranı, və sair təşkil edir. İndi deyəcəksiniz ki, bunların hamısı təkcə İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində deyil axı.



Haqlısınız. Əvvəla onu qeyd edək ki, biz mövzunu başlayarkən məsuliyyətsiz məsul orqanları da vurğulamışdıq.
Amma, gəlin düşünək!
Hansı rayonda fəaliyyət göstərən, hansı qurumun fəaliyyətinə rayon İcra Hakimiyyəti qarışmır?! Bunun biz Prezidentin göstərişi ilə keçirilən islahatlar zamanı bütün "özünəqulluq" fəaliyyətləri ifşa olunan İcra başçılarında canlı şahidi olduq. Hansı ki, Rayon Mərkəzi Xəstəxanasından aylıq 2000 (iki min) AZN rüşvət alıb, xəstəxanada rüşvətxorluğa icazə verən İcra başçıları var idi.
Bütün bunlar saydığımız problemlərin əsas kökündə İcra Hakimiyyətini qınamağa haqq verən səbəblərimizdəndir.
Şəhərin mərkəzində Heydər Əliyev prospektinin, Rəsulzadə küçəsinin yağışlı havada yaranan mənzərəsi, ikinci mərtəbədə yaşayan qonşusunun mənzilinə artırdığı eyvanın, altında eyvan artırmaq istəyən, lakin, "bu qanunla mümkün deyil" cavabını alan imkansız ailənin gileyi, yaşamağa yararsız, nəmli divarlar arasında böyüyən şəhid körpəsinin, şəhid ailəsinin acınacaqlı durumu, sakinlərinin dili ilə desək başlarına kanalizasiyanın çirkab suları töküldüyü üçün "ayaqyoluna zontiklə gedən" uçma təhlükəsi ilə üz-üzə olan binanın dəhşət saçan görüntüləri, və.s. bu kimi saymaqla bitməyən problemlər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tutduğu vəzifədəki fəaliyyətsizliyinin sübutudur.



Bu qədər problemləri özümüzdən demirik, hamısını əks etdirən görüntülər əlimizdədir. Biz də dogruxeber.az redaksiyası olaraq, KİV haqqında qanunların tələbinə uyğun, vəzifə borcumuzu yerinə yetirib Mingəçevir Şəhər İcra Hakimiyyətinin internet səhifəsində qeyd olunan telefon nömrəsi ilə İctimai-Siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Əsgərovu arayıb, məsələyə münasibət bildirmələrini istədik.
Tofiq müəllim cavab verdi ki, "bu bizim şöbəyə aid deyil, digər şöbə baxır." Xahiş etdik ki, bizim telefon nömrəmizi aidiyyəti şöbəyə versin, bizimlə əlaqə saxlayıb münasibət bildirsinlər.
Lakin, çox təəsüflər olsun ki, Şəhər İcra Hakimiyyətindən bizimlə əlaqə saxlayan olmadı.

PS: Bu gün Heydər Əliyev pr. 84 ünvanında yerləşən 8 korpuslu yataqxananın komendantı Mehman Sədiyev redaksiyamız ilə əlaqə saxladı, yataqxanaların mövcud vəziyyəti ilə bağlı məsələyə münasibət bildirdi.
M.Sədiyevin sözlərinə görə sözügedən binalar həqiqətən də qəzalı vəziyyətdədir və o, buna dair Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edib. Onun müraciətindən sonra Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli əməkdaşı gəlib binaya baxış da keçirib. Lakin, hələ də sözügedən binanın təmiri və ya yenidən bərpası barədə FHN tərəfindən rəsmi qərar verilməyib.
M. Sədiyev onu da qeyd etdi ki, İcra Hakimiyyəti tərəfindən təmir-bərpa işləri üçün müəyyən işlərə başlanılıb.
Ardı var…
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Сегодня, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Сегодня, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Сегодня, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Сегодня, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Сегодня, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Сегодня, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Сегодня, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Сегодня, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Сегодня, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Сегодня, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Сегодня, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Сегодня, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Сегодня, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Сегодня, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Сегодня, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Сегодня, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Сегодня, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Сегодня, 10:06
Avtomobil salonunda yanğın - Video
Сегодня, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
Сегодня, 09:44
Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
Сегодня, 09:39
Sükan arxasında olanların NƏZƏRİNƏ
Сегодня, 09:33
Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"
Сегодня, 09:17
Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi
Сегодня, 09:00
İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu