Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.
Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.
Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Sözügedən amil Azərbaycana olan etibarın təzahürüdür.
Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik.
Сегодня, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Сегодня, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Сегодня, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Сегодня, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Сегодня, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Сегодня, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Сегодня, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Сегодня, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Сегодня, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Сегодня, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Сегодня, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Сегодня, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Сегодня, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Сегодня, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Сегодня, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Сегодня, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Сегодня, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Сегодня, 10:06
Avtomobil salonunda yanğın - Video
Сегодня, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
Сегодня, 09:44
Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
Сегодня, 09:39
Sükan arxasında olanların NƏZƏRİNƏ
Сегодня, 09:33
Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"
Сегодня, 09:17
Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi
Сегодня, 09:00
İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu