Ermənistanı silahlandırmağa çalışan ölkələr... - Cənubi Qafqaza sülh əvəzinə fəlakət gətirməyə çalışır
siyaset
Oxunub: 437 958
18 сен 2024 | 14:00
Ermənistanı silahlandırmağa çalışan ölkələr... - Cənubi Qafqaza sülh əvəzinə fəlakət gətirməyə çalışır


Ermənistan hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin müasir tələblərə uyğunlaşdırılması üçün Hindistana müraciət edib. Bu barədə yazı “The Print” elektron nəşrində dərc olunub. Sayt bildirir ki, rəsmi İrəvan Hindistan hökumətindən özünün malik olduğu “Su-30” hərbi təyyarələri, o cümlədən “hava-yer” tipli raketlərin təkmilləşdirilməsini də istəyib. Həmçinin, Ermənistan Hərbi Hava Qüvvələrində 272 ədəd “Su-30 MKI” qırıcılarının günün tələbləri səviyyəsində yenilənməsinə ehtiyac olduğu açıqlanıb.
Hindistanla Ermənistanın hərbi əməkdaşlığı Cənubi Qafqaza sülh vəd etmir. Hindistan özü də mübahisəli torpaq şəraitində yaşayan bir ölkə olaraq Azərbaycanı anlamaq və Ermənistana göstərdiyi yüksək səviyyəli dəstəyi dayandırmaq əvəzinə ikili münasibətlərə mənfi təsir göstərən addımlar atır...

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son zamanlar sülh danışıqları prosesləri fonunda Ermənistanın sürətlə silahlandırılması müşahidə olunur. Siyasi şərhçinin sözlərinə görə, Hindistan, İran, Birləşmiş Ştatlar, Fransa və digər ölkələr Ermənistan sürətlə silahlandırmağa çalışırlar: “Eyni zamanda Rusiyanın da gizli şəkildə Ermənistanı silahlandırması müşahidə edilir. Bu da sülh danışıqlarında kapitulyasiyaya imza atmış Ermənistanın əlavə tələblər irəli sürməsinin səbəblərini bir daha üzə çıxarır. Ermənistanın silahlandırılmasında iştirak edən və iştirak etmək istəyən dövlətlərin Qərblə xüsusilə, Birləşmiş Ştatlarla sıx münasibətləri var. Məsələn, Hindistanın Birləşmiş Ştatlarla münasibətləri yüksək səviyyədədir”.

Əli Zülfüqaroğlu qeyd edib ki, son zamanlar Ermənistanın Yaponiya və Cənubi Koreyaya üz tutmasını müşahidə edirik. Politoloq bildirib ki, hər iki dövlət Birləşmiş Ştatların uzaq şərqdəki forpostu hesab olunur: “Proseslər onu deməyə əsas verir ki, Azərbaycanın apardığı hərbi və diplomatik fəaliyyət Cənubi Qafqazda maraqlı olan ölkələrin oyundan kənar vəziyyətdə qalmasına gətirib çıxarıb. Və öz maraqlarını təmin etmək istəyən ölkələr uzun illər ərzində formalaşdırdıqları rıçaqların əllərindən çıxdıqlarını görürlər. Ona görə də onlar hesab edirlər ki, bölgəyə təsir imkanlarını saxlamaq üçün Ermənistan sülhə imza atmamalıdır. Bunun üçün Ermənistanın sürətlə silahlandırılması, eyni zamanda beynəlxalq dəstək əldə etməsi lazımdır. Belə olan halda, bölgədə növbəti eskalasiya risklərinin yaradılmasına və beləliklə də həmin ölkələrdən “vasitəçi” roluna bürünməsinə və yaxud müxtəlif missiyalar altında bölgədə yerləşməsinə zəmin yarana bilər. Bu anlamda biz Ermənistanın silahlandırılmasının və bölgədə növbəti eskalasiya risklərinin yaradılmasına cəhdlərin şahidi oluruq”.

Politoloq vurğulayıb ki, istənilən halda Azərbaycan baş verən hadisələri dəqiqliklə müşahidə edir və Azərbaycan bölgədə geosiyasi reallıqları istər hərbi, istərsə də diplomatik müstəvidə kökündən dəyişib.

Eyni zamanda Azərbaycan qardaş Türkiyə ilə strateji müttəfiqlik səviyyəsinə qədər münasibətlərini inkişaf etdirib. Türkiyə ilə Azərbaycan arasında “Şuşa bəyannaməsi” imzalanıb.

“Bu baxımdan Ermənistanın silahlandırılması nə qədər sürətləndirilsə də, həmin dövlətlər bilməlidirlər ki, əvvəlki dönəmlərdən fərqli olaraq bölgədə rahat şəkildə at oynada bilməyəcəklər. Eyni zamanda Ermənistan hökuməti bilməmiş deyil ki, Ermənistandan istifadə etməyə çalışan və bu ölkəni plastarma çevirmək istəyən dövlətlər öz maraqlarını təmin etmək istəyi Ermənistan dövlətinin mövcudluğu hesabına baş verə bilər. Ermənistanın sülhdən yayındırılması və sürətlə silahlandırılması, hansısa uzaq perspektivə hesablanan şirnikləndirici vədlər verilməsi ilk növbədə Ermənistanın dövlətçiliyini sual altına alır və əgər proseslər bu formada davam edəcəksə, Azərbaycan öz təhlükəsizliyini təmin etmək hüququndan istifadə edə bilər. Ermənistan onu bilməlidir ki, ona verilən vədlər və silahlandırma çalışmaları ilk növbədə Ermənistanın dövlətçiliyini təhdid altına salır. Belə davam edəcəyi halda Ermənistan üçün ciddi fəlakətli bir dönəm başlaya bilər”-deyə politoloq bildirib.
Сегодня, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Сегодня, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Сегодня, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Сегодня, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Сегодня, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Сегодня, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Сегодня, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Сегодня, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Сегодня, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Сегодня, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Сегодня, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Сегодня, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Сегодня, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Сегодня, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Сегодня, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Сегодня, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Сегодня, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Сегодня, 10:06
Avtomobil salonunda yanğın - Video
Сегодня, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
Сегодня, 09:44
Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
Сегодня, 09:39
Sükan arxasında olanların NƏZƏRİNƏ
Сегодня, 09:33
Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"
Сегодня, 09:17
Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi
Сегодня, 09:00
İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu